Paytaxtda gənc qız boğazına bıçaqla xəsarət yetirib

22-05-2018, 08:58           
Paytaxtda gənc qız boğazına bıçaqla xəsarət yetirib
Paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi olub.

“Report” xəbər verir ki, 20-ci sahə kimi tanınan ərazidə yaşayan 1991-ci il təvəllüdlü Süleymanova Dürdanə Fərrux qızı boğaz nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaxınları onun yıxıldığını desələr də, yaralı əməliyyatdan sonra boğazına bıçaq xəsarətini özü yetirdiyini bildirib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib. D.Süleymanovanın hansı şəraitdə bıçaq xəsarəti aldığı araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru