Rusiyada “Messi” saxta çıxdı, azərbaycanlı həbs olundu

1-07-2018, 16:00           
Rusiyada “Messi” saxta çıxdı, azərbaycanlı həbs olundu
Rusiyanın Kaluqa vilayətinin Lyudinsk rayonunda azərbaycanlı saxlanılıb.

Musavat.com-un yerli KİV-lərə istinadən məlumatına görə, Lyudinsk rayonunda yerləşən əşya bazarındakı dükanda saxta “Adidas” malları satan azərbaycanlı Rospotrebnadzor-un əməkdaşlarının polisə şikayəti nəticəsində saxlanılıb.

Məlumata görə, onun mağazasından külli miqdarda “Adidas” markalı köynəklər, “krossovkalar” və digər məmulatlar götürülüb.

Köynəklərin arxasında isə saxta Messi, Ronaldo, Dzyuba, Suares və digər məşhur futbolçuların adları yazılıbmış.

Faktla bağlı cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru