Şabranda meşə zolağında yanğın başladı

1-07-2018, 16:31           

İyulun 1-də saat 14:00 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın sonradan Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin yol kənarındakı meşə sahəsinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Teleqraf.com-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN və FHN-in Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür.

ETSN təəssüflə bildirir ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində meşə zolağına od düşür, bəzən qarşısı alınmaz yanğınlar törənir. Nazirlik belə halların baş verməməsi üçün vətəndaşları havaların isti keçməsi ilə əlaqədar odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru