Slovakiya millisinin sabiq futbolçusu intihar edib

2-07-2018, 12:50           
Slovakiya millisinin sabiq futbolçusu intihar edib
Slovakiya milli komandasının sabiq futbolçusu Yuray Halenar intihar edib.

"Report"un məlumatına görə, Bratislava "Slovan"ının hücumçusunun meyiti Vrakun meşə parkından tapılıb. Onun üzərində heç bir zorakılıq əlamətləri olmayıb. Faktla əlaqədar araşdırmalara başlanılıb. Halenarın 35 yaşı iyunun 28-də tamamlanıb.

Qeyd edək ki, Yuray Halenar yerli "İnter" (Bratislava), "Petrjalka", "Siqma", "İskra" və "Qaflents", həmçinin Macarıstanın "Spartak" (Nyiredhaza) komandasında forma geyinib. O, 2002-ci il yeniyetmələr arasında Avropa çempionatının bürünc mükafatçısı olub, 2007-2008-ci illərdə əsas millidə çıxış edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru