Bakıda sürücü sərxoş piyadanı vuraraq öldürüb

3-07-2018, 10:20           
Bakıda sürücü sərxoş piyadanı vuraraq öldürüb
Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, "DSK" yolu ilə hərəkətdə olan və sürücü Abbasov Əli Əhəd oğlunun idarə etdiyi "10-GT-787" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil qarşısına çıxan təxminən 40-45 yaşlı kişini vurub.

Sürücü dərhal yaralını xəstəxanaya çatdırıb. Lakin həkimlər onun yolda öldüyünü bildiriblər.

Sürücünün "Report"a verdiyi məlumata görə, piyada sərxoş olub və qaranlıq yolda onun qarşısına qəfil çıxıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sürücü saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru