Bakıda həbsxanada ağlagəlməz addım - qadının saçından tapıldı

5-07-2018, 12:50           

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 5 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1, 93.1.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 1 il 11 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Xəlilov Elmir Kamil oğlunun yanına qısamüddətli görüşə gələn həyat yoldaşı Salyan rayon sakini Xəlilova Gülnarə Məhərrəm qızının gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman saçında xüsusi üsulla gizlətdiyi sellofan bükülüdə 2,113 qram tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru