Gömrükdə iki vəzifəli şəxs işdən qovuldu - Rüşvət faktı Baş Prokurorluğa göndərildi

7-08-2018, 17:01           
Gömrükdə iki vəzifəli şəxs işdən qovuldu - Rüşvət faktı Baş Prokurorluğa göndərildi
Dövlət Gömrük Komitəsinin 2 vəzifəli şəxsi rüşvət aldıqlarına görə işdən azad olunublar.

“Ölkə.Az”ın məlumatına görə, iyul ayında Tovuz Gömrük Idarəsinin sərnişin şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Eldar Əhmədov və həmin şöbənin baş inspektoru Əmrulla Əmiraslanov Sınıq körpü gömrük postunda xidmətdə olarkən Azərbaycan Respublikasi ərazisinə müvəqqəti gətirilən nəqliyyat vasitəsini qanunvericiliklə müəyyən edilmiş depozitdən yayındırmaq məqsədi ilə avtomaşını idarə edən şəxsdən 20 min rubl rüşvət alıblar.

Bu fakt əsasında Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik Idarəsində xidməti araşdırma aparılmış, araşdırma nəticəsində Eldar Əhmədov və Əmrulla Əmiraslanov törətdikləri cinayət əməlini etiraf etmişlər. Buna görə onların gömrük orqanlarında xidmətinə xitam verilmiş və toplanmış materiallar Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Faktla bağlı aidiyyatı üzrə araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru