31 yaşlı gənc kirayədə qaldığı mənzildə intihar edib

8-08-2018, 10:38           
31 yaşlı gənc kirayədə qaldığı mənzildə intihar edib
Qaradağ rayonu, Sahil qəsəbəsində intihar faktı qeydə alınıb.
“Ölkə.Az”ın xəbərinə görə, 1987-ci il təvəllüdlü İbişov Bayram Əsgər oğlu kirayədə qaldığı fərdi yaşayış evində özünü iplə asıb. Mərhumun meyitini qonşular aşkar ediblər. Hadisə yerinə gələn prokurorluq əməkdaşları araşdırmalar zamanı məlum ediblər ki, rayondan Bakıya işləməyə gələn Bayram fərdi əməklə məşğul olub, ancaq borcu olduğundan qazandığı pullarla onları ödəyə bilmirmiş. Elə bu səbəbdən də intihar yolunu seçib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət məcəlləsinin 125 9ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru