Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 28.08.2018-ci il tarixində Abşeron rayonunun Novxanı kəndində dənizdə 1 nəfərin batdığı ehtimal olunur.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.