"Vor zakon"a qumbaraatandan atəş açdılar - FOTO

29-08-2018, 12:45           
"Vor zakon"a qumbaraatandan atəş açdılar - FOTO
Avqustun 27-də gecə saatlarında Abxaziyanın Qudauta şəhərində “Range Rover” markalı avtomaşında “Pıza” ləqəbi ilə tanınan abxaz “vor zakon” Raul Bartsban qumbaraatandan atəşə tutulub. Bu barədə “Naşa Abxaziya” portalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, maşının yanında qumbaraatan tapılıb. Faktla bağlı əməliyyat-istintaq tədbirləri aparılır.


Yayılan məlumatlara görə, bir müddət əvvəl “Kaxa Qalski” ləqəbi tanınan “qanuni oğru” Kaxaber Parpaliya “obşak”dan yığılan pulların bir hissəsini “Pıza”ya vermək qərarına gəlib. Söhbət fındıq biznesi ilə məşğul olanlardan və onlardan yığılan on minlərlə dollar civarında pullardan gedir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru