AVTORİTET VAQİF NƏBİYEV AFRİKADA TUTULDU

29-08-2018, 21:29           
AVTORİTET VAQİF NƏBİYEV AFRİKADA TUTULDU
Afrikada Qana Respublikasında dərbəndli avtoritet, kriminal aləmdə Volf ləqəbi ilə tanınan Vladimir (Vaqif) Nəbiyev saxlanılıb.

Oxu.Az-ın Çernovik nəşrinə istinadən xəbərinə görə, Nəbiyev bir sıra qətllərdə, dələduzluqda və silah alverində ittiham olunur.

Nəşrin məlumatına əsasən, Nəbiyev 2017-ci ildə Ramazan və Arsen Kafarov qardaşlarının oğurlanmasını təşkil edib.

Avtoritet onlardan şirkətlərinin və sərvətlərinin öz adamlarının adına keçirilməsini tələb edib.

Ramazan və Arsen qardaşlarını girovluqda vəhşicəsinə döyülüblər, onlara işgəncə verilib. Kafarovlar doqquz ay girov qalıblar. 2018-ci ilin aprelin 30-da qardaşlar qaçaraq Rusiyanın Qana səfirliyində sığınacaq alıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.