Tovuzda gənc oğlan çayda batıb 30-08-2018, 07:14 Tovuz rayonunda Kürdə boğulma hadisəsi baş verib."Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1998-ci il təvəllüdlü Cəllili kənd sakini Quliyev Elxan Vüsal oğlu çayın Hunanlar kənd ərazisindən keçən hissəsində çimən zaman batıb.Hazırda onun axtarışları davam edir.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş