Bakıda taksi sürücüsünə qarşı – Cinayət

2-09-2018, 10:28           
Bakıda taksi sürücüsünə qarşı – Cinayət
Bakının Xəzər rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, avqustun 31-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Ə.Rəcəbovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində miniblər.

Onlar taksi sürücüsündən Qala qəsəbəsinə gedəcəklərini bildiriblər.

Qala qəsəbəsinin ərazisində onlar sürücünü bıçaqla hədələyib, 35 manat pulunu, mobil telefonunu və avtomobilin açarlarını alıblar.

Cinayəti törədən şəxslər daha sonra hadisə yerini tərk ediblər.

Zərərçəkmiş baş verən cinayətlə bağlı 1-ci polis şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ümid Kərimov və Elçin Teymurov Qala qəsəbəsi ərazisində saxlanılıblar.

Onlardan içərisində 2 ədəd bıçaq, yapışqanlı lent və idman paltarı olan çanta götürülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.