8 ayda 9877 boşanma - Azərbaycanda ailələr DAĞILIR
11-10-2018, 19:11
Bu ilin 8 ayında qeydiyyat şöbələri tərəfindən 40235 nikah və 9877 boşanma halları qeydə alınıb. Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 8 ayda əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.