"Bu gedişlə yaxın 10 ildə əhalinin təbii artımı olmayacaq" - EKSPERT

12-10-2018, 00:03           
"Bu gedişlə yaxın 10 ildə əhalinin təbii artımı olmayacaq" - EKSPERT
Azərbaycanda ümumi nəsilvermə (fertillik) əmsalı pisləşib

1989-cu illə müqayisədə Azərbaycanın əhalisi 40,7 faiz artıb, gürcülər 31,44 faiz, ermənilər isə 9,12 azalıb. Lakin, 2011-ci ildən başlayaraq ölkəmizdə əhalinin artım tempi aşağı düşür. Belə ki, 2011-ci əhalinin təbii artımı 122310 nəfər, 2012-ci ildə 119452, 2013-cü ildə 118288, 2014-cü ildə 114855, 2015-ci ildə 111513 nəfər, 2016-cı ildə 102816 nəfər, 2017-ci ildə 86932 nəfər olub. Azərbaycanda ümumi nəsilvermə (fertillik) əmsalı isə təqdim olunan dövrdə 2,4-dən 1,9-a düşüb. Fertillik -ümumi nəsilvermə əmsalı olmaqla reproduktiv dövr (15-49 yaşlı) ərzində bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir. Bu isə o deməkdir ki, bu templə davam edərsə bir neçə yaxın 10 ildə Azərbaycanda əhali artımı olmayacaq.

Görünür ki, bunun başlıca səbəbi ölkədə 2015-c ildən başlayaraq ölənlərin sayının artması, yaşam şərtlərinin pisləşməsi və xaricə miqrasiyanın çoxalmasıdır.

Qubad İbadoğlu, iqtisadçı alim.

Yazı müəllifin feysbuk səhifəsindən götürülüb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru