Gədəbəydə qonaq olan qadının qızılları oğurlanıb (FOTO)

12-10-2018, 07:23           
Gədəbəydə qonaq olan qadının qızılları oğurlanıb (FOTO)
Oktyabrın 7-si Gədəbəy rayonunun Tərsyer kəndindəki mənzillərdən birində qarət olub. DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Trend-ə verilən məlumata görə, evdən xeyli miqdarda qızıl zinət əşyası və 7 min rus rublu oğurlanıb. Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən oğurluq cinayətinin Tovuz rayon sakini, hazırda həmin kənddə yaşayan 45 yaşlı Bəhman Məmmədov tərəfindən törədildiyi müəyən edilib.

Saxlanılan şəxs ifadəsində qarətdən əvvəl xeyli miqdarda spirtli içki qəbul etdiyini və onun təsiri altında bu yola əl atdığını deyib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru