Evdən qaçan 22 yaşlı müəllimə Bakıda tapıldı

12-10-2018, 10:31           
Evdən qaçan 22 yaşlı müəllimə Bakıda tapıldı
Oktyabrın 2-də Gəncədə itkin düşən 22 yaşlı müəllimə Bakıda tapılıb.

Publika.az-ın məlumatına görə, aparılan axtarış tədbirləri nəticəsində Gəncə şəhər Vaqif küçəsində yaşayan 1996-cı il təvəllüdlü Əsgərova Günay Zahid qızının Bakıda olduğu müəyyən edilib. Onun tapılması barədə ailəsinə məlumat verilib.

Bildirilir ki, evdən qaçan gənc müəllimə Gəncədəki “Zəka” hazırlıq kurslarında işləyir və işdən çıxandan sonra yoxa çıxıb.

Onun Bakıya hansı məqsədlə gəlməsi məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru