ABŞ-da "Mayk" qasırğası qurbanlarının sayı 17 nəfərə çatıb 13-10-2018, 07:33 ABŞ-da "Mayk" qasırğası qurbanlarının sayı 17 nəfərə çatıb."Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.Telekanalın xəbərində bildirilir ki, ölənlər Florida, Corciya, Virciniya və Şimali Karolina ştatlarının sakinləridir.Xilasedicilər dağıntıların altında axtarış apardıqlarından ölənlərin sayının artacağı gözlənilir.Daha əvvəl "Mayk" qasırğası nəticəsində 13 nəfərin öldüyü bildirilirdi. Facebook-da paylaş