Hacıqabulda yük avtomobilləri toqquşub, bir nəfər xəsarət alıb

14-10-2018, 09:07           
Hacıqabulda yük avtomobilləri toqquşub, bir nəfər xəsarət alıb
Hacıqabulda rayonunda yük avtomobilləri toqquşub, bir nəfər xəsarət alıb.

“Report”-un Mil-Muğan bürosunun məlumatına görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 110-cu kilometrliyində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində qeydə alınınb.

Yolun kənarında dayanan mişar daşı ilə yüklənmiş “KamAZ” markalı avtomobilə hərəkətdə olan “Shagman” markalı avtomobil çırpılıb.

Nəticədə “Shagman” markalı avtomobildə sıxılıb qalan sürücü Qobustan sakini, 1984-cü il təvəllüdlü Güləliyev Uluxan Vəzir oğlunu FHN Hacıqabul Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılıb.

Yaralı sürcü Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru