Texasda baş verən atışmada 4 nəfər yaralanıb

15-10-2018, 08:06           
Texasda baş verən atışmada 4 nəfər yaralanıb
ABŞ-ın Texas ştatının Ford-Uert şəhərində atışma olub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Fort Worth Star-Telegram" nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, atışma mağazanın yanında olub. Cinayətkarlar avtomobildən ətrafdakılara atəş açıb. Nəticədə iki 3 yaşlı uşaq, habelə 19 və 20 yaşlı gənclər xəsarət alıblar.

Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Onlardan birinin xəsarətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, bu, Texas ştatında baş verən ikinci qanlı hadisədir. Daha əvvəl şənlik mərasimlərindən birində iştirak edən ailələr arasında baş verən silahlı qarşıdurma zamanı 4 nəfər həlak olub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru