Məhkəmə Şahmar İbadovun oğluna bəraət verdi - "Range Rover" markalı avtomobillə yaşlı qadını vurub

13-04-2019, 08:18           
Məhkəmə Şahmar İbadovun oğluna bəraət verdi - "Range Rover" markalı avtomobillə yaşlı qadını vurub
Sumqayıt Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elmar İbadovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


"Report"un xəbərinə görə, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.İbadovun apellyasiya şikayəti təmin olunub, binrinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, ittiham aktına görə, E.İbadov 2017-ci il avqustun 22-də idarə etdiyi "Range Rover" markalı avtomobillə yaşlı qadını vurub. Bir neçə gündən sonra qadın ölüb.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə E.İbadov 5 il müddətinə azadlıqdan məhrum olunub. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edib. Hökmdən narazı qalan E.İbadov apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Xatırladaq ki, E.İbadov Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğludur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.