Dünyada ən çox tərcümə olunan kitab - 2454-dən çox dildə...
Bu gün, 17:14
Dünya ədəbiyyatı və dini mətnlər içərisində bəzi kitablar var ki, onlar sadəcə oxunmaqla kifayətlənməyib, yüzlərlə dilə tərcümə edilərək qlobal miqyasda insanlara çatdırılır.
Valyuta.az xəbər verir ki, dünyada ən çox tərcümə edilən kitab İncildir. Hazırda İncil tam və ya qismən olaraq 2454-dən çox dilə tərcümə olunub.
Bu, yalnız dini deyil, həm də mədəni baxımdan İncilin dünyanın ən geniş yayılan mətnlərindən biri olduğunu göstərir.