Baş prokurordan ciddi dəyişikliklər – yeni müavin, yeni strukturlar

12-06-2020, 00:05           
Baş prokurordan ciddi dəyişikliklər –
Baş Prokuror Kamran Əliyev ciddi struktur və kadr dəyişiklikləri edib.
Aktualxeber.az xəbər verir ki, müvafiq əmrlə Baş prokurorun yeni müavini ştatı yaradılıb və bu posta Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə baş İdarəsinin rəis müavini Heydər Məmmədov gətirilib.
Heydər Məmmədovun yerinə isə Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəisi Anar Məmmədov təyin edilib.
Baş Prokurorun digər əmri ilə Müraciətlərə baxılması idarəsinin adı dəyişdirilərək Baş Prokurorluğunun Müraciətlərə baxılması və sənədlər izrə iş idarəsi adlandırılıb. Bu idarəsinin rəisi vəzifəsinə isə qurumun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Eldar Sultanova həvalə olunub.
Bundan əlavə Baş prokuror iki prokuror təyin edib. Sumqayıt Şəhər Prokuroru Sərdar İmanov vəzifəsindən azad olunaraq, Xətai rayon prokuroru təyin edilib.
Sumqayıta isə baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov göndərilib.
Dəyişikliklərlə ilə bağlı xəbərlər Baş Prokurorluğun mətbuat xidmətindən rəsmi təsdiq edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru