Feysbuk gizlilik siyasətinə yenidən baxacaq - SƏBƏB

12-06-2020, 00:13           
Feysbuk gizlilik siyasətinə yenidən baxacaq - SƏBƏB
Feysbukun rəhbəri Mark Zukerberq Donald Trampın fikirlərindən sonra gizlilik siyasətinə yenidən baxacağını söyləyib.

Teref.Az ted.az-a istinadən bildirir ki, Feysbuk rəhbəri çox insanın D.Trampın paylaşımının qarşısını almadığı üçün şirkəti qınadığının fərqində olduğunu deyib.

O bildirib ki, hansı paylaşımlara icazə verilməsi məsələsi yenidən müzakirə olunur.

Qeyd edək ki, polis qaradərili Corc Floydu qətlə yetirdiyinə görə, sosial şəbəkələrdə başlanan etirazlardan sonra Donald Tramp Feysbukda bu paylaşımı edib: "Silahlar qarət başlayanda açılmağa başlayır".

Tvitter onun bu paylaşımını silsə də, Feysbuk qarşı çıxmamış, buna görə də əməkdaşlarından etiraz eşitməli olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru