Koronavirusa görə varlılardan alınan VERGİ ARTIRILACAQ...

12-06-2020, 11:14           
Koronavirusa görə varlılardan alınan VERGİ ARTIRILACAQ...
Böyük Britaniya Maliyyə Nazirliyi böyük özəl banklar və aktivləri idarə edən şirkətlərlə zəngin vətəndaşlar üçün vergilərin artırılması imkanlarını müzakirə edir.

Moderator.az xəbər verir ki, bu barədə Krallığın bank sektoruna aid bir neçə mənbəyə istinadla “Reuters” məlumat yayıb.

Bundan əlavə, agentlik koronavirus pandemiyasi ilə əlaqədar olaraq dövlət yardım paketlərinə vəsait ayırmaq üçün varlı britaniyalıları cəlb etmək imkanlarını nəzərdən keçirir. Agentliyin həmsöhbətlərindən birinin dediyi kimi, Maliyyə Nazirliyi bu cür hərəkətlərlə ehtiyatları infeksiyaya qarşı mübarizə aparmaq üçün tükənmiş dövlət xəzinəsini doldurmaq niyyətindədir.

Əhaiyə dəstək tədbirləri və “COVID-19” ilə əlaqəli xərclər İngiltərəyə 133 milyard funt sterlinq (286 milyard 149 milyon AZN) başa gələcəkdir. Agentliyin görüşdüyü iqtisadçılar hesab edirlər ki, hökumət əmanət vergisini, kapital artımı vergisini, ƏDV və ya əmlak vergisini artıra bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.