“Akkord”un bağlanan banka kredit borcu var, ödənmir - İDDİA

12-06-2020, 21:06           
“Akkord”un bağlanan banka kredit borcu var, ödənmir - İDDİA
Azərbaycanda cari ilin may ayında bağlandığı elan edilmiş “AGBank” ASC ölkənin ən böyük tikinti şirkətinə qarşı iddia qaldırıb.
Bununla bağlı, Banker.az saytının əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, Bakı Kommersiya Məhkəməsinə (BAM) haqqında şikayət verilən isə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dir.

Bankın məhkəmədə tələbi, kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipotekaya qoyulmuş əmlaklara yönəldilməsi ilə bağlı olub. Dəqiq olaraq hansı məbləğ üçün bu məhkəmə çəkişməsinin baş tutması açıqlanmır.

BAM “AGBank”ın iddia tələbini qismən təmin edildiyi üçün, bundan “Akkord” narazı qalıb və apelyasiyaya müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru