Zelenskinin həyat yoldaşı koronavirusa yoluxdu

13-06-2020, 00:05           
Zelenskinin həyat yoldaşı koronavirusa yoluxdu
Ukrayna Prezidenti Vladimir Zelenskinin xanımı Yelena Zelenskaya koronavirusa yoluxub.

Yeniavaz.com “RİA-Novosti”yə istinadən xəbər verir ki, Yelena Zelenskaya hazırda ambulator müalicə alır və özünü yaxşı hiss edir. Verilən məlumatlara görə, Ukrayna lideri və övladlarının COVID-19 test nəticələri mənfi çıxıb. Bu barədə prezidentin mətbuat xidməti məlumat verib.
Yoluxmanın harada və vaxt baş verdiyi dəqiq məlum deyil. Yelena Zelenskaya ilə əlaqədə olan şəxslər koronavirus təhlükəsi barədə məlumatlandırılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski insanlara "bunun vəba olmadığını" göstərmək üçün koronavirusa yoluxmaq istədiyini söyləmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.