Moskvada koronavirus qurbanlarının sayı 3 200-ü ötdü

13-06-2020, 02:03           
Moskvada koronavirus qurbanlarının sayı 3 200-ü ötdü
Son sutkada Moskvada koronavirusdan daha 44 nəfər ölüb. “Report” xəbər verir ki, bu barədə Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Mnitorinq üzrə Operativ Qərargah bildirib.

“Moskvada 44 pasiyent vəfat etdi. Onların hamısına pnevmaniya diaqnozu qoyulmuşdu və koronavirus infeksiyası ilə bağlı analizləri müsbət alınmışdı”, - Operativ Qərargah bildirib.

Qeyd edilir ki, bununla da paytaxtda koronavirus qurbanlarının ümumi sayı 3 231 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru