Separatçı lider Xudu Məmmədovun kəndində erməni terrorçunun xaçkarını ziyarət etdi-FOTO

13-06-2020, 09:17           
Separatçı lider Xudu Məmmədovun kəndində erməni terrorçunun xaçkarını ziyarət etdi-FOTO
Düşmən Ağdamın məhsuldar torpaqlarında taxıl əkinini artırmağa çalışır...

Azərbaycan Respublikasının ermənilərə işğal etdirilmiş 20 faizlik ərazisində qondarılmış separatçı-terrorçu rejimin Şuşada and içmiş yeni lideri Araik Arutyunyan dünən Ağdam rayonunun işğal altındakı torpaqlarına baş çəkib.

Moderator.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, A.Arutyunyan öncə 1993-cü il iyunun 12-də Azərbaycan ordusu tərəfindən gəbərdilmiş beynəlxalq terrorçu Monte Melkonyanın Ağdam rayonunun Mərzili kəndindəki üzdəniraq xaçlı abidəsini ziyarət edib.

Daha sonra separatçı rəhbər Ağdamın xaraba qoyduqları kəndləri ərazisində taxıl əkin-biçini ilə maraqlanıb və səyyar müşavirə keçirib. O, erməni taxılçıların su problemini həll etmək üçün tezliklə yeni su kəmərlərinin çəkiləcəyinə söz verib.

Xatırladaq ki, Ağdam rayonunun Mərzili kəndi Azərbaycanın əsl milli(!) ruhlu ziyalılarından biri dünya şöhrətli kristalloqraf alim Xudu Məmmədovun doğma yurdudur.

Sultan Laçın













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru