“Şell” şirkəti Norveçdəki iki neft yatağı və iki qaz kəmərindəki aktivlərini satışa çıxarıb.
Axar.az xəbər verir ki, bu məlumatı “Röyter” agentliyi yayıb. Şirkətin yataqdakı payının 6,45% olduğu bildirilib. Satışa çıxarılan aktivlərin ümumi dəyərinin 50-100 milyon dollar arasında olduğu vurğulanıb.