“İşədüzəldən” Zaur Kərimovun başından güllələdiyi tələbə öldü PULUNU İSTƏMƏYƏ GƏLMİŞDİ...

14-06-2020, 11:27           
“İşədüzəldən” Zaur Kərimovun başından güllələdiyi tələbə öldü PULUNU İSTƏMƏYƏ GƏLMİŞDİ...
Rusiyanın Sankt-Peterburq şəhərində işədüzəltmə adı ilə dələduzluqla məşğul olan firmanın mühafizəçisi Zaur Kərimov tərəfindən güllələlənən tələbə iki həftəyə yaxın komada qaldıqdan sonra iyunun 13-də ölüb.

Virtualaz.org xəbər verir ki, Rusiya mətbuatı qətlə gətirib çıxamış bu dələduzluq əməli haqda yazır. Belə ki, “Resurs” MMC adlı firma vətəndaşları iş adı ilə aldadıb və sığorta adı altında onlardan bəribaşdan 2500 rubl alıb. Zərərçəkənlər pullarını geri istəyəndə isə firmanın mühafizəçisi, 42 yaşlı Zaur Kərimov onları hədələyib, qorxudub və ofisdən qovub.

Dələduzların növbəti qurbanı Sankt-Peterburq Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin tələbəsi, 24 yaşlı Vladislav Qolikov olub. Qolikov internetdə işədüzəltmə firmasının elanını oxuyaraq firmanın ofisinə gedib. Ona iş vəd ediblər və 2500 rubl ödəniş alıblar. Daha sonra iş alınmayanda tələbə ofisə gedərək pulunu geri tələb edib. Bu zaman yaranan mübahisədə Zaur Kərimov travmatik tapançadan ona atəş açıb. Güllə tələbənin başından dəyib. Zaur Kərimov hadisə yerindən qaçaraq gizlənsə də onu yaxalamaq mümkün olub.

Z.Kərimov Leninqrad vilayətinin Vsevolojsk rayonunda yaşayır, rəsmən işsizdir, iki ali təhsili var və ara-sıra şəxsi maşını ilə taksi fəaliyyəti ilə məşğul idi. Əvvəllər ticarətlə məşğul olub, arvadından boşanıb və başqa qadınla yaşayırdı. Onun keçmiş arvadı polisdə işləyir. Kərimov əvvəllər oğurluq ittihamı ilə məsuliyyətə cəlb olunub, amma daha sonra tərəflər barışdığı üçün iş bağlanıb. Habelə onun Qırğızıstan vətəndaşına travmatik tapançadan atəş açması faktı da var.

Z.Kərimovun cinayət törətməsindən sonra yerli hüquq-mühafizə orqanları nəhayət beş ildir vətəndaşları iş adı ilə aldadan firmanın fəaliyyətinə nəzər yetiriblər və onun iki məsul şəxsini həbs ediblər.

Virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.