Milyarderin şirkətinə ittiham - etirazçıları kərpiclə təmin edib

14-06-2020, 11:55           
Milyarderin şirkətinə ittiham -
Məlumatı yerli polisin də təsdiqləməyinə baxmayaraq, bu, internetdə şayiələrin yaranmasının qarşısını ala bilməyib

Milyarder Uorren Baffetin Berkshire Hathaway sərmayə holdinqinə daxil olan Acme Brick tikinti şirkəti etiraz edən amerikalıları kərpiclə təmin etməkdə günahlandırılır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Bloomberg yazır.

Qeyd olunur ki, iyunun əvvəlində Twitter-də Acme Brick şirkətinin əleyhinə məlumat paylaşılıb. Məlumatda deyilirdi ki, bu şirkətə məxsus, içi kərpiçlə dolu altlıqlar iğtişaşların baş verdiyi Dallas ətrafındakı küçələrdə qəsdən qoyulub. Məlumatı şirkətin marketinq direktoru Britt Stouks görüb. O, sifarişi yoxlayaraq kərpiclərin ev sahibləri assosiasiyaları tərəfindən hasar təmiri məqsədilə alındığını müəyyən edib.

Məlumatı yerli polisin də təsdiqləməyinə baxmayaraq, bu, internetdə şayiələrin yaranmasının qarşısını ala bilməyib. Tezliklə oxşar şayiələr digər sosial şəbəkə və KİV-lərdə yayılıb. Bir müddət sonra “sirli” kərpiclər haqda Fox News danışıb. Kərpiclərlə etirazçıları bir-birinə “bağlayan” viruslu çarxlardan ibarət video Ağ Evin hesabında da peyda olub, ancaq 1 milyondan çox baxış sayı yığandan sonra pozulub.

Şirkət bütün ittihamları rədd edib. “Acme Brick tikintiylə məşğuldur, dağıtmaqla yox”, - deyə şirkətdən bildirilib.

ABŞ-ın onlarla şəhərində qaradərili Corc Floydun həbs zamanı polis tərəfindən öldürülməsinə etiraz olaraq kütləvi iğtişaşlar baş qaldırıb. Bir neçə ştatda etirazçılar obyektləri dağıdır, yandırır, oğurluq, quldurluq edirlər. Odlu silahdan istifadə halları kəskin artıb. Onlar baş verən hadisədə polisləri və irqçi dünyagörüşlü cəmiyyəti günahlandırırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.