Pandemiya bu tarixdə bitəcək

16-06-2020, 07:02           
Pandemiya bu tarixdə bitəcək
Rusiya Kimya Texnologiyaları Universitetinin alimləri koronavirus pandemiyasının son tarixini açıqlayıb.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, alimlərin hesablamalarına görə, bu, iyulun sonuna qədər baş verəcək. Mütəxəssislər epidemiyanın sonuna qədər ölkədə 524 min insanın yoluxacağına dair riyazi bir model hazırlayıb.

Eyni zamanda, mütəxəssislər bölgələrdə məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar COVİD-19-un yayılmasının yeni dalğalarını da istisna etmir.

Digər bir proqnoz Sinqapur Texnologiya və Dizayn Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmışdı: onların hesablamalarına görə, pandemiya yalnız avqustun sonunda bitəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru