ABŞ qırıcısı qəzaya uğradı

16-06-2020, 07:16           
ABŞ qırıcısı qəzaya uğradı
ngiltərədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-15C" təlim uçuşu zamanı qəzaya uğrayıb.

Publika.az Türkiyə mətbuatına isttinadla xəbər verir ki, Lakenheath bazasında ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, "F-15C" qırıcı təyyarəsi yerli vaxtla 09: 40-da Şimal dənizində qəzaya uğrayıb.

Lakenheath bazasından havaya qalxan təyyarənin qəza anında adi bir təlim missiyasında olduğu qeyd edilib.

Məlumatda pilotun vəziyyətinin, qəzanın səbəblərinin hazırda bilinmədiyi ifadə edilib və İngiltərənin axtarış və xilasetmə qruplarından dəstək istəndiyi vurğulanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.