Bizə evdən çıxmağa icazə verməyib, özü gedib Qubada kefində olan, dünyanın başına corab hörən Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəsi Hande Harmancı xalqımızdan üzr istəyib ki, məni bağışlayın.
Bağışladıq, quzum! Ağzımız nədi səni bağışlamayaq?! Bağışlamarıq səhər başımıza hördüyünüz corabın iplərini bir az da bərkidərsiz və deyərsiz ki, ümumiyyətlə, bir həftə evdən çölə çıxmayın.
Bağışladıq, quzum! Quzum sözü xətrinə dəyməsin. Biz azərbaycanlılar sevdiyimiz adamlara iltifat göstərərək «quzum» deyirik.
Amma bizi bircə şey narahat edir. Qubaya gedib -gələndə yolda tıxaca düşmədiniz?adalat.az/