İttiham hədəfi olan Ali Attestasiya Komissiyasının sədri DANIŞDI - "BƏLİ, "PORT BAKU"DA MƏNZİLİM VAR"

20-06-2020, 11:05           
İttiham hədəfi olan Ali Attestasiya Komissiyasının sədri DANIŞDI - "BƏLİ, "PORT BAKU"DA MƏNZİLİM VAR"
Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev Gununsesi.org-un “Korrupsiya Ali Attestasiya Komissiyasını da “yeyir” – FAMİL MUSTAFAYEV PROFESSORA 20 MANAT QONORAR YAZIB” başlıqı yazıya münasibət bildirib.

Saytımıza açıqlamasında Famil Mustafayev Ali Attestasiya Komissiyasının Ekspertlət Şurasının üzvlərinin elmi ad almaq üçün yazılan elmi işlərə rəy yazan alimlərə 20 manat qonorar yazilmasını belə izah edib: “Burada söhbət bir saat üçün nəzərdə tutulan qiymətdən gedir. Əgər bir nəfər ayda 1 saat gəlibsə, bu qədər yazılır. Burada vergi, sosial müdafiə və kart xərcləri də var. Ekspert Şurasının üzvlərindən eləsi olub ki, 300 manat alıb”.
Famil Mustafayev “Port-Baku”da mənzil sahibi olması barədə yazdıqlarımızı isə təsdiqləyib: “Bəli, mənim “Port-Baku”da mənzilim var və orada yaşayıram. Amma oğlumun “Bentley” maşını yoxdur”.

Sonda onu da qeyd edək ki, yazıda adıçəkilən professor Məsud Mahmudov redaksiyamızla əlaqə saxlayaraq, Ekspertlər Şurasında ictimai əsaslarla çalışdığını iddia edib. //Gununsesi.org//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru