Korona ilə bağlı bu suala cavab vermək çətindir - Qarayeva
20-06-2020, 12:08
Koronavirus yeni xəstlik olduğu üçün ona yenidən yoluxmağın mümkün olub-olmadığı barədə suala cavab vermək çətindir.
Axar.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Belə halları aşkarlamaq üçün seroloji testlərin aparılmasına başlamışıq. Lakin koronavirusdan sağalan insanların qorunması daha vacibdir. Mənim yaxınlarım arasında da xəstəliyi çox ağır keçirənlər olub. Bu insanlar özlərinə xüsusi diqqət edib, qorunmalıdırlar. Bu hər bir pnevmaniya xəstəsinə aiddir", - o bildirib.