Kaliforniyada qəribə varlığın sümükləri aşkarlandı

21-06-2020, 00:00           
Kaliforniyada qəribə varlığın sümükləri aşkarlandı
Kaliforniyada paleontoloqlar qrupu elmi cəhətdən izah edilməsi mümkün olmayan qəribə varlığın sümüklərini tapıblar.

Modern.az “Vcstar”-a istinadla xəbər verir ki, tədqiqatçılar sümüklərin qədim mamontlara aid olduğunu ehtimal etsələr də, bu cür quruluşa malik heyvanlar bu günədək elmə məlum olmayıb. Paleontoloqlar iddia edirlər ki, tapılan izlərin ən azı 10 min yaşı var. Strukturunun öyrənilməsi üçün əlverişli vəziyyətdə olan sümüklərin dəqiq yaşı ekspertiza nəticəsində müəyyənləşəcək.

Qeyd edək ki, tapılan sümüklər Şimali Amerikada ən qədim relikt hesab olunur. Buna oxşar tapıntı 20 il əvvəl Normand adalarında aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru