Rusiya və Livan erməniləri Qarabağda diversiya təlimində - FOTOFAKT

21-06-2020, 20:35           
Rusiya və Livan erməniləri Qarabağda diversiya təlimində - FOTOFAKT
Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında hərbi-idman və diversiya xarakterli təlimlərini davam etdirir.

Modern.az xəbər verir ki, keçmiş kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək və s. vərdişlərə yiyələnirlər.



Növbəti təlimlərdə Rusiya və Livandan gəlmiş könüllülər də qatılıb. Marat Aqacanyan adlı erməni könüllüsü təlimlərə Sankt-Peterburqdan gəldiyi, diversiya təlimlərində Livanın Beyrut şəhərindən gələn könüllülərin də qatıldığını deyib. Onlar birgə şəkil çəkərək sosial şəbəkədə yerləşdiriblər.

Xatırladaq ki, Vova Vardanov təlimlərə sabiq SSRİ və Ermənistanın xüsusi təyinatlı dəstələrində xidmət keçmiş təcrübəli döyüşçüləri cəlb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru