Zakir Həsənov: “Düşməni darmadağın etmək üçün bütün imkanlarımız var”

21-06-2020, 23:12           
Zakir Həsənov: “Düşməni darmadağın etmək üçün bütün imkanlarımız var”
“Bizim düşməni darmadağın etmək üçün bütün imkanlarımız var və onlar bunu yaxşı bilir”.



"Report"un xəbərinə görə, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.



O bildirib ki, Ermənistan tərəfinin Dağlıq Qarabağın ətrafında yerləşən və hazırda işğal altında olan rayonları bufer zona hesab etməsi cəfəngiyyatdır.



“Birincisi, bu absurd bəyanatdır. İkincisi, belə deyim, biz Naxçıvan Muxtar Respublikasını da unutmamalıyıq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin göstərişləri və qayğısı nəticəsində Naxçıvanda ən güclü ordu birləşmələri formalaşdırılıb, ayrıca Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Onların raket sistemi, reaktiv yaylım atəş sistemi mövcuddur. Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, onun strateji mövqeyi bizdə əminlik yaradır ki, düşmənə heç bir bufer zonası da kömək etməyəcək”, - Müdafiə naziri əlavə edib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru