Tik Tok istifadəçiləri Trampın seçkiöncəsi mitinqini necə pozdular? İLGİNC

22-06-2020, 14:04           
Tik Tok istifadəçiləri Trampın seçkiöncəsi mitinqini necə pozdular? İLGİNC
ABŞ prezidenti Donald Trampın Oklahoma şatatının Tals şəhərində keçirdiyi seçiöncəsi mitinqində az sayda iştirakçı qeydə alınıb. SİA xəbər verir ki, The New York Times-in yazdığına görə, buna səbəb Tik Tik sosial şəbəkəsində və bir neçə yeniyetmə və K-pop musiqi jansırının həvəskarları olublar.

Nəşr təsdiq edir ki, onlar zarafat edərək, izləyicilərini görüş üçün aldıqları biletlərini bron etməyə və görüşə getməməyə çağırıblar. Yuzerlər də məhz bu cür hərəkət ediblər. Trampın seçkiöncəsi qərargahının sədri Bred Perskeylin sözlərinə görə, biletlərə milyondan çox müraciət olunub, ancaq gələnlərin sayı dəfələrlə azlıq təşkil edib.

Tals şəhərinin yanğınsöndürmə departamenti tərəfindən isə Trampın mitinqində 6,2 min insan sayılıb.

Respublikaçılar partiyasının sabiq strateqlərindən olan Stiv Şmit də baş verənlərə aydınlıq gətirərək deyib ki, Amerika yeniyetmələri ABŞ prezidenti Donald Trampa ağır zərbə vurdular. “Seçkiöncəsi kampaniyanın ağılsızları isə milyonlarla bilet müraciətlərinin olması ilə bağlı lovğalanırdılar”, Şmit özünün Twitter səhifəsində yazıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.