EKOLOQ: Şaiyə yayırlar ki, suyu qablara doldurub... - BİZİ NƏ GÖZLƏYİR?

22-06-2020, 17:08           
EKOLOQ: Şaiyə yayırlar ki, suyu qablara doldurub... -
Alimlərinin proqnozlarına görə, 39 ölkədə, o cümlədən Azərbaycanda su qıtlığı ehtimalı var. Həmçinin, Avropa İttifaqı da Azərbaycanı su çatışmazlığından əziyyət çəkən ölkələr sırasına daxil edib.

Su qıtlığı yaranarsa, Azərbaycanda hansı problemlər ortaya çıxacaq?

Ekoloq alim Telman Zeynalov Redaktor.az-a bildirib ki, Azərbaycanı su qıtlığı təhlükəsi gözləmir:

"Azərbaycan su qıtlığı ilə üzləşməyəcək. Bizim torpağımızın altında kifayət qədər şirin su ehtiyyatı var. Digər tərəfdən Azərbaycan ərazisi 3 tərəfdən dağla, bir tərəfdən isə dənizlə əhatələnib. Belə bir ölkədə su qıtlığı ola bilər? Xeyir! Şaiyə yayırlar ki, suyu qablara doldurub, baha qiymətə insanlara satsınlar. Qiyməti qaldırıb, milləti soysunlar. Vəssalam! Kənd Təsərrüfatı Nazirinin müavini də bu yaxında çıxışında təsdiqlədi ki, Azərbaycanı su qıtlığı gözləmir. Su qıtlığını özümüz yaradırıq. Öz dilimizlə, yazılarımızla, yaydığımız şaiyələrlə şərait yaradırıq ki, su qıtlığı yaransın".













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru