Qan qrupu ilə Kovid-19 arasındakı əlaqə təsdiq edildi

22-06-2020, 19:51           
Qan qrupu ilə Kovid-19 arasındakı əlaqə təsdiq edildi
Qan qrupu ilə Kovid-19 arasındakı əlaqə təsdiq edildi
Hurriyyet.org xəbər verir ki, Çindəki səhiyyə təşkilatlarında, ABŞ-dakı Kolumbiya universitetində və İrandakı Mazandaran universitetində ayrı-ayrılıqda müstəqil araşdırmalar aparan elm adamlarının insanların qan qrupu ilə Kovid-19-un ağırlıq dərəcəsi arasındakı əlaqəni təsdiqlədikləri bildirilib.

“Rossiyskaya qazeta”nın “The New England Journal of Medicine” jurnalındakı məqaləyə istinad elədiyi xəbərdə çinli, amerikalı və iranlı alimlərin insanların qan qrupu ilə Kovid-19 arasındakı ağırlıq dərəcəsi arasındakı əlaqənin təsdiqləndiyi deyilir.

Tədqiqatçılar A (II qrup) qan qrupu daşıyıcılarında koronavirus infeksiyası səbəbindən Kovid-19-u ağır keçirmək riskinin çox yüksək olduğu nəticəsinə gəliblər. Bununla birlikdə B (III qrup) və AB (IV) qan qrupunun xəstəliyi ağır keçirmək riskinin A (II qrup) qrupuna nisbətən daha aşağı, ancaq O (I qrup) qrupuna nisbətən daha yüksək olduğu bəlli olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru