Koronavirus böhranının təsirləri illərlə davam edə bilər

23-06-2020, 00:02           
Koronavirus böhranının təsirləri illərlə davam edə bilər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus böhranının təsirlərinin onilliklər boyu davam edəcəyindən narahatdır. Hazırda isə pandemiyanın yayılmasının sürətlənməsi narahatlığı daha da gücləndirir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ÜST-nin baş direktoru Tedros Qerbeyesus iyunun 22-də keçirilən onlayn konfransda bildirib. O deyib ki, ən böyük təhlükə virusun özü deyil, daha çox qlobal həmrəylik və qlobal liderliyin yetərincə olmamasıdır. Çünki virusa qarşı hamının təhlükəsizliyi təmin olunmayınca, heç kim təhlükəsiz vəziyyətdə olmayacaq. Pandemiya səhiyyə böhranı məcrasından çoxdan çıxıb və dünyanın əksər ölkələrində iqtisadi və sosial, hətta bəzi ölkələrdə siyasi böhrana çevrilib. Bu böhranın təsirləri qarşıdakı onilliklərdə də hiss ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru