Avinyanın xanımı həkimi təhqir etdi, əmlakına həbs qoyuldu

23-06-2020, 09:31           
Avinyanın xanımı həkimi təhqir etdi, əmlakına həbs qoyuldu
Ermənistan məhkəməsi baş nazirin müavini Tiqran Avinyanın həyat yoldaşı Məryəm Paxlavuninin əmlakına həbs qoyub. Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məhkəməyə istinadla məlumat yayıb.

Qeyd edilib ki, məhkəmə uroloq Qevorq Qriqoryanın ona qarşı iddiasını təmin edib. Həkim baş nazirin müavininin həyat yoldaşından şərəf və ləyaqətini ləkələyən ifadələri açıq şəkildə təkzib etməsini və mənəvi ziyana görə bir milyon dram (2 min dollardan çox) kompensasiya ödəməsini tələb edib.

Bununla əlaqədar olaraq hakim Paxlavuninin əmlakına həbs qoymaq qərarına gəlib.

Xatırladaq ki, baş nazir müavininin həyat yoldaşı uroloqu it adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru