“Atletlər kəndi”ndə xəstələrə baxılmaması iddiasına cavab

24-06-2020, 10:22           
“Atletlər kəndi”ndə xəstələrə baxılmaması iddiasına cavab
"Atletlər kəndi" karantin müəssisəsidir. Ora simptomsuz və ya yüngül simptomlu xəstələr yerləşdirilir. Xəstələrə baxılmaması məsələsi yoxdur". Bunu Azvision.az -a açıqlamasında TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva deyib. Onun sözlərinə görə, koronavirusa yoluxmuş və "Atletlər kəndi"nə yerləşdirilən jurnalistlərlə bağlı məlumatlar diqqətdə saxlanılır.

“Onların müayinəsi üçün həkimlər gediblər. Hazırda vəziyyətlərinin necə olduğunu bilmirəm. Əgər ağır vəziyyətdə xəstələrdirsə, onlar müalicə müəssisəsinə yerləşdiriləcəklər”.

Qeyd edək ki, koronavirus testləri pozitiv çıxan jurnalistlər Nigar Abdullayeva, qardaşı Müşfiq Abdulla və həyat yoldaşı "Atletlər kəndi"nə yerləşdirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.