“Mən koronavirusa yoluxmamışam, pnevmoniya olmuşam” – Təhsil Şöbəsinin müdiri
25-06-2020, 13:15
“Mən koronavirusa yoluxmamışam, ümumiyyətlə bununla bağlı test belə verməmişəm” Bu sözləri Yeniavaz.com saytına açıqlasında Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov deyib. O bildirib ki, səhhətində narahatçılıq hiss etdiyinə görə, 4 gündür ki, işə çıxmır: “Koronavirusa yoluxmamışam pnevmoniya olmuşam, hazırda evdə qonaqlarım var onlarla məşğulam”. Qeyd edək ki, APA informasiya agentliyi Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun koronavirusa yoluxması ilə bağlı xəbər yayıb.