Kosmosa ilk turistin çıxacağı tarix açıqlandı

25-06-2020, 20:15           
Kosmosa ilk turistin çıxacağı tarix açıqlandı
“Enerqiya” Raket-Kosmik Korporasiyası (RKK) və “Space Adventures Inc.” şirkəti tarixdə ilk dəfə kosmik turistin 2023-cü ildə açıq kosmosa çıxması üzrə müqavilə imzalayıb.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, turist peşəkar kosmonavtın müşayiəti ilə “Soyuz MS” kosmik gəmisində Beynəlxalq Kosmik Stansiyanın (BKS) Rusiya seqmentinə çatdırılacaq.

Daha əvvəl “Enerqiya” RKK və “Roskosmos” “Space Adventures Inc.” ilə müqavilələr çərçivəsində “Soyuz” kosmik gəmisində BKS-in Rusiya seqmentinə səkkiz qısamüddətli kommersiya uçuşunu uğurla həyata keçirib. Ancaq turistlər açıq kosmosa çıxmayıblar.

Xatırladaq ki, son doqquz ildə BKS-ə yalnız “Soyuz” kosmik gəmiləri uçub çata bilirdi. Amma mayın 30-da “SpaceX” şirkətinə məxsus “Falcon 9” raket-daşıyıcısı ilə “Crew Dragon” kosmik gəmisi Floridadan havaya qalxaraq BKS-ə uğurlu birləşmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru