Koronavirusun ciddiyə alınmadığı ölkədə qorxunc görüntü - Cəsədlər zibil paketlərinə yığıldı...

26-06-2020, 00:00           
Koronavirusun ciddiyə alınmadığı ölkədə qorxunc görüntü -
Koronavirusun ciddiyə alınmadığı Braziliyada ölü sayı hər gün artmağa davam edir. Morqların dolduğu ölkədə cəsədlərin xəstələrin yanında zibil paketlərinə yığıldığı görülüb.

Moderator.az xəbər verir ki, koronavirusun mərkəzinə çevrilən Braziliyada həyatını itirənlərin cəsədi morqlarda yer qalmadığı üçün boş otaqalarda saxlanılmağa başlayıb. 50 mindən çox insanın həyatını itirdiyi ölkədə xəstəxanalarda tibb işçilərinin artdığı müşahidə edilib.

Qeyd edək ki, virusu ciddiyə almamaqla günahlandırılan dövlət başçısı Cair Bolsonaro rəsmi koronavirus rəqəmlərinin hər gün açıqlanmasını qadağan etsə də, bu qərar məhkəmə qərarı ilə qüvvədən düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru