ÜST koronavirusla mübarizəyə 31 milyard dollar ayrılmasını istəyir

26-06-2020, 22:03           
ÜST koronavirusla mübarizəyə 31 milyard dollar ayrılmasını istəyir
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə “ACT-Accelerator” beynəlxalq tərəfdaşlığı çərçivəsində koronavirusla mübarizə üçün vaksinlərin, diaqnostika və müalicə vasitələrinin işlənib hazırlanmasına 12 ay ərzində 31,3 milyard ABŞ dolları həcmində sərmayə tələb olunur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-ün Cenevrədəki qərargahından bildirilib.

Aprel ayında başlanan bu təşəbbüs çərçivəsində adambaşına düşən gəlirləri aşağı və orta olan ölkələrə 2021-ci ilin ortalarına qədər 500 milyon diaqnostik test və 245 milyon dəst müalicə vasitələrinin göndərilməsi planlaşdırılır. Bundan əlavə, bu dövlətlərə hazırda hazırlanmaqda olan koronavirusa qarşı vaksindən 2 milyard doza verilməsi, o cümlədən bu sayın yarısının gələn ilin ortalarına qədər göndərilməsi planlaşdırılır.

ÜST-dən bildiriblər ki, bütün bu məsələləri həll etmək 31,3 milyard ABŞ dolları həcmində sərmayə tələb olunur: “Artıq 3,4 milyard ABŞ dolları vəd edilib. Beləliklə, təcili ehtiyacları ödəmək üçün 13,7 milyard ABŞ dolları da daxil olmaqla, 27,9 milyard əlavə vəsait tələb olunur”, – qurumdan deyiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.